Skip to main content

Posts

Isim SVO-nun bir hissəsi kimi

  Cümlədə Subject əsasən isim( Noun ) rolunda olur . Isimlər tək( singular ) ve cəmdə( plural ) olur: Misalçün book təkdədir, books isə cəmdədir. 1)       Əksər isimlərin cəmini düzəltmək üçün sözün sonuna –s şəkilçisi əlavə edilir:   Book – books, copybook –copybooks, pen-pens, pencil-pencils, phone – phones 2)       Sonu –x, -s, -es, -sh, -ch, -tch ilə bitən isimlərin cəmi –es şəkilçisi ilə düzəlir:  box – boxes, watch – watches, bush- bushes 3)        B əzi isimlərin cəmi düzələn zaman onlar kökdən dəyişirlər: Tooth-teeth, goose-geese, foot-feet, man-men, woman-women 4)       Sonu samitd ən sonra –y ilə bitən isimlərdə -y hərfi –i ilə əvəzlənir və sonuna –es şəkilçisi əlavə   olunur: Army- armies, city- cities     Isimlər həmçinin ümumi( Common ) ve xüsusi( Proper ) olur. Misalcun ağac(tree) umumidir, Leyla isə xususidir. Şəhə...
Recent posts

Ingilis dilində cümlənin təməl strukturu

Ingilis dilindəki cümlələrin təməlində Subject + Predicate dayanır. Məsələn : Midoriya goes to school. Bu cumlədə Midoriya Subject- dir, “goes to school” ise predicate -dir. Subject -> işi görən tərəfdir. Predicate -> işi görənin hansi işi gördüyünü göstərir. Predicate özü iki hissədən ibarətdir : verb ve Object Object -> üzərində iş görüləndir, Subject isə işi görəndir. Cümlənin təməl strukturu Subject+Verb+Object olur. Misalçün: She lost pen cümləsində She Subjectdir, lost verb-dür, pen isə object-dir.     Aşağıdakı cümlələrdə subject verb və object-i tapın : Leyla drinks a cup of coffee. Ismayil plays football. Tofig sleeps on the bed. Mustafa reads a book.